Şəhid Elşad Məmmədov dəfn olundu - (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

Şəhid Elşad Məmmədov dəfn olundu - (YENİLƏNDİ)

İyulun 12-də Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov dəfn olunub.

Şəhidin cənazəsi doğulduğu Tovuzun Ağdam kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yerli sakinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon icra hakimiyyətinin nüməyəndələri iştirak edib.

Şəhid ailəli olub, 6 aylıq oğlu var.

xxx

12:16

düşmən təxribatı nəticəsində şəhid olan baş əsgərimiz Məmmədov Elşad Dönməz oğlunun dəfn mərasiminə hazırlıq gedir.

"Yeni Müsavat" qəzetinin hazırda Tovuz rayonun Ağdam kəndində olan reportyor qrupu xəbər verir ki, mərhumun evinə xeyli sayda kənd sakini toplaşıb.

Şəhidimiz Elşad Məmmədov əslən Ağdam kəndindən idi. O, Ağdam kəndinin Şəhidlər Xiyabanında dəfn ediləcək. Hazırda məzarın qazıntısına başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm