Nura Surinin avtomobili saxlanıldı - Özü və sərnişini...
Bizi izləyin

Magazin1

Nura Surinin avtomobili saxlanıldı - Özü və sərnişini...

Daxili İşlər Nazirliyi müğənni Nura Surinin polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat yayıb.

DİN-dən Publika.az-a daxil olan məlumatda deyilir:

"İyulun 14-də Qusar-Quba yolunda xidmətdə olan polis əməkdaşları “Porsche Cayenne” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.

Sürücü Bakı şəhər sakini Aynurə Surinin və sərnişini Bakı şəhər sakini Təranə Axundovanın təqdim etdikləri sənədlər yoxlanılarkən onların xüsusi karantin rejimi dövründə verilən icazədən sui-istifadə etmələri müəyyən edilib.

Belə ki, A.Suri və T.Axundova 16 gün – iyun ayının 28-dən iyul ayının 14-nə kimi Qusar rayonu ərazisindəki istirahət mərkəzində istirahətdə olublar. Ona görə hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunaraq hər biri 200 manat məbləğində cərimə olunmuşlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm