İcra başçısı karantində oğluna TOY ÇALDIRDI - FOTO/VİDEO
Bizi izləyin

Sosial

İcra başçısı karantində oğluna TOY ÇALDIRDI - FOTO/VİDEO

Video əlavə edilib.

****

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev oğlu Turala toy edib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, karantin müddətində toy etməkdən vaz keçməyən icra başçısı məclisi Yevlax şəhərində yerləşən villasında gerçəkləşdirib.

Məclisdə çoxsaylı qonaqların olduğu bildirilir.

Qeyd edək ki, Vidadi İsayevin oğlu Tural İsayev Yasamal Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində işləyir.

Başçının qudası Fazil Həsənəliyevin isə Baş Prokurorluqda çalışdığı barədə mediada məlumat yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm