Səfir şəhid polkovnikin Gürcüstandakı ailə üzvlərinə baş çəkdi - FOTO
Bizi izləyin

Sosial

Səfir şəhid polkovnikin Gürcüstandakı ailə üzvlərinə baş çəkdi - FOTO

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı iyulun 14-də müdafiənin ön xəttində qəhrəmancasına şəhid olan polkovnik İlqar Mirzəyevin Gürcüstanda yaşayan qohumları ziyarət edilib.

Publika.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları şəhidin ata yurdu olan Saqareco rayonunun Qombori kəndinə baş çəkiblər.

D.Həsənov İlqar Mirzəyevin yaxınlarına başsağlığı verib, onlara səbr diləyib. Diplomat Azərbaycan dövlətinin və şəxsən Prezident, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi hər zaman ürəklərdə yaşayır. Azərbaycan dövləti onların xatirəsinə daim diqqət və qayğı göstərəcək.

Şəhidin qardaşı Mirzə Mirzəyev, dayısı Tariyel Əsədulov, xalası Meri Babayeva və başqaları göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Kənd ictimaiyyətinin nümayəndələri, xüsusən gənclər Azərbaycan dövlətini qorumağa və lazım gələrsə bu yolda canlarından keçməyə hazır olduqlarını bildiriblər.

Səfir və sakinlər bir zamanlar Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş və əslən bu kənddən olan mərhum polkovnik Revaz Rzayevin də xatirəsini ehtiramla yad ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm