Azərbaycan bir neçə cəbhədə müharibədədir - Prezidentin köməkçisi
Bizi izləyin

Sosial

Azərbaycan bir neçə cəbhədə müharibədədir - Prezidentin köməkçisi

Pandemiyadan zərərçəkmiş sahələrdə muzdlu işçilərin əmək haqlarının verilməsi üçün məbləğ ayrılıb və 212 mindən çox insana birdəfəlik müavinət verilib.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib: "Sahibkarlığın İnkişafı Fonduna 25 milyon əlavə vəsait ayrılıb. Ümumilikdə isə 259 milyondan çox manat ayrılıb bu müddətdə. Bu istiqamətdə 950 milyon manat ayrılıb".

O qeyd edib ki, bu gün Azərbaycan bir neçə cəbhədə müharibədədir: "Bu həm Tovuz istiqamətində Ermənistanla müharibə, həm koronavirus, həm də iqtisadi şəraitdə olan mübarizədir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm