Nazirlik jurnalistlərlə görüş keçirdi
Bizi izləyin

Sosial

Nazirlik jurnalistlərlə görüş keçirdi

2020-ci il iyulun 22-də Azərbaycan milli mətbuatının 145 illiyi tamam olur.

Publika.az xəbər verir ki, bu münasibətilə Ədliyyə Nazirliyində KİV-lərlə videokonfrans formatında onlayn görüş keçirilib.

Tədbirdə nazirliyin və Azərbaycan Mətbuat Şurasının məsul şəxsləri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, spiker-hakimlər və çoxsaylı KİV nümayəndələri iştirak ediblər.

Onlayn görüşdə Azərbaycan milli mətbuatının zəngin tarixi yolundan bəhs olunub.

Bildirilib ki, respublikamızın ictimai-siyasi həyatında baş verən proseslərin və yeniliklərin dolğun, obyektiv və operativ işıqlandırılmasında, ictimaiyyətin mütəmadi məlumatlandırılmasında KİV-lər mühüm rol oynayır. İndiki pandemiya şəraitində mətbuat nümayəndələri də digər peşə sahibləri kimi yorulmadan fəaliyyət göstərirlər.

22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir çərçivəsində həmçinin, Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Mətbuat Şurası ilə birgə elan olunmuş "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda jurnalist araşdırmaları müsabiqəsinin nəticələri elan olunub və qaliblər mükafatlandırılıb. Eyni zamanda bir qrup jurnalistlər ədliyyə və məhkəmə fəaliyyətinin işıqlandırılmasında fəal iştirakına və səmərəli əməkdaşlığa görə nazirlik tərəfindən təltif olunublar.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm