Sosial
Leysan Şəkidə həyatı İFLİC ETDİ - Sel oldu - - VİDEO
Şəkidə güclü yağış fəsadlar törədib.
Şəki Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, dünən axşam saatlarında rayon ərazisində güclü yağış və ildırım olub:
"Hadisə nəticəsində şəhər ərazisində qaz xəttini ildırım vurub, xətdə yanğın olub. Yanğının qarşısı alınıb. Leysan yağışları nəticəsində rayonun elektrik enerji təsərrüfatına da ziyan dəyib. Nəticədə bəzi ərazilərə elektrik enerjisinin verilişi dayandırılıb. Artıq problemin aradan qaldırılması istiqamətində işlər görülür, əksər ərazilərə elektrik enerjisinin verilişi bərpa edilib. Hazırda Şəki şəhərinin kiçik bir hissəsi və 4 kəndinə elektrik enerjisinin bərpası istiqamətində işlər görülür".
İcra Hakimiyyətindən bildiriblər ki, Şəki şəhərinin mərkəzinə və ətraf yaşayış məntəqələrinə yağan leysan nəticəsində yaranan sel suları bəzi yolların asfalt üzlüyünü yuyub: "Rayon ərazisində və bəzi kəndlərdə bir neçə evin həyətyanı sahəsinə və zirzəmilərə yağış suları dolub. Hazırda Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları əraziyə cəlb edilib". (trend)
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK