Rəşad Atakişiyevin anası: "Mən Azərbaycan bayrağında onu görürəm" - FOTO
Bizi izləyin

Sosial

Rəşad Atakişiyevin anası: "Mən Azərbaycan bayrağında onu görürəm" - FOTO

Bu gün Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasından bir il ötür.

Publika.az xəbər verir ki, pilotu anmaq üçün ailəsi və yaxınları İkinci Fəxri Xiyabanda qəbrini ziyarətinə gəliblər.

Rəşad Atakişiyevin anası bu dərdin ağır olmasına baxmayaraq qürur hissi keçirdiyini deyib: "Oğlum da deyirdi, mən Vətənə xidmət etmək, torpağımı sevdiyim üçün bu sənəti seçmişəm. Allahın qismətidir. O balaları, ailəsi ilə nəfəs alırdı. Dünya boyda sinəmdə dağ gəzdirirəm. Nə deyə bilirəm, sən belə etibarsız oğlan olmazdın, həmişə rayondan gələndə qarşıma sən çıxardın, ay oğul. Mən Azərbaycanın bayrağında Rəşadı görürəm. Peşəsini o qədər çox sevirdi ki. Peşəsinə çox bağlıydı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm