Lotu Qulidən erməni təxribatı ilə bağlı paylaşım - FOTO
Bizi izləyin

Sosial

Lotu Qulidən erməni təxribatı ilə bağlı paylaşım - FOTO

“Mən öz xalqımın yanındayam, xalqıma Rusiyada və hər yerdə dəstək verəcəm”.

Publika.az xəbər verir ki, bu sözləri “Lotu Quli” ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifov instaqram hesabında qeyd edib.

O, bu fikirləri azərbaycanlıların müxtəlif ölkələrdə ermənilərin hücumlarına məruz qalması kontekstində yazıb.



Qeyd edək ki, 12 iyulda Ermənistan silahı qüvvələrinin sərhədin Tovuz istiqamətində törətdiyi təxribatdan sonra xaricdə yaşayan azərbaycanlılar dövlətə və orduya dəstək aksiyaları təşkil etmiş, Azərbaycan həqiqətlərini dünyaya çatdırmışdı. Bundan sonra müxtəlif ölkələrdə soydaşlarımıza qarşı ermənilər tərəfindən hücum təşkil olundu. Azərbaycanlılara qarşı təzyiqlər ABŞ-ın Los-Anceles şəhərində və Belçikanın paytaxtı Brüsseldə fiziki və psixoloji zorakılığa çevrilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm