Qusara getdikləri yerdə 200 manat cərimələndilər
Bizi izləyin

Sosial

Qusara getdikləri yerdə 200 manat cərimələndilər

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan şəhər və rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla rayona istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Publika.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən qaydalarını pozan ümumilikdə 16 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər 200 manat miqdarında cərimələniblər.

Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edənlər də olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm