Sosial
AQTA kəsim məntəqələrinə nəzarət edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qurbanlıq heyvanların kəsiminin həyata keçirildiyi ərazilərdə baytarlıq nəzarət tədbirlərini davam etdirir.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, AQTA-nın və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində stasionar fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində baytarlıq nəzarəti tədbirlərini davam etdirir.
Əhalinin Qurban bayramını sağlam və təhlükəsiz şəraitdə qeyd etmələrini təmin etmək məqsədilə AQTA-nın baytar müfəttişləri stasionar heyvan kəsimi məntəqələrində baytarlıq, sanitar-gigiyenik qayda və normaların qorunması məqsədilə nəzarət tədbirləri keçirir. Bayramla əlaqədar qurbanlıq heyvanların kəsiminin həyata keçirildiyi ərazilərdə pandemiya şəraiti nəzərə alınmaqla qida təhlükəsizliyinin təmin edilməsinə nəzarət olunub. Pandemiya dövrünün tələblərinə əməl olunması ilə bağlı vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb.
Eyni zamanda, nəzarət tədbirləri nəticəsində pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərini pozan şəxslər barədə müvafiq tədbirlər görülüb.
AQTA bir daha vətəndaşları xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunan qaydalara əməl etməyə çağırır.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK