6 çimərlik istifadəyə hazır vəziyyətə gətirilib
Bizi izləyin

Sosial

6 çimərlik istifadəyə hazır vəziyyətə gətirilib

Çimərliklərdə bütün görülən işlərin əsas məqsədi COVID-19 infeksiyasının yayılmasının qarşısını almaqdır.

Publika.az xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Çimərliklərdə işləyən qruplarla maarifləndirmə işləri aparılıb, müvafiq təlimatlar verilib. Eyni zamanda bütün çimərliklərdə məlumatlandırıcı lövhələr yerləşdirilib. Bu informasiya sosial məsafənin qorunması, gigiyena qaydalarına riayət olunması ilə bağlıdır. Leyla Əliyeva, İDEA tərəfindən 6 çimərlik istifadəyə hazır vəziyyətə gətirilib. Eyni zamanda hər bir saatdan bir səsli məlumatlandırma mövcud olacaqdır. Həmçinin çimərlikdə işarələnmələr aparılıb ki, insanlara sosial məsafənin saxlanılması üçün köməkçi vasitə olacaq".

O qeyd edib ki, çimərliklərdə dezinfeksiya işləri və tullantıların daşınması üçün BŞ kommunal idarəsi tərəfindən nəzarət olunacaq: "Müvafiq strukturlar tərəfindən bütün lazım olan tədbirlər görülür. Lakin ən əsas vəzifə vətəndaşlarımızın öhdəsinə düşür. Çimərliklərin açılması bəzi insanlarda rahatlığa səbəb ola bilər. Burada çox diqqətli olmalıyıq, qaydalara ciddi şəkildə riayət etməliyik"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm