• USD 1,7000 0,00% EUR 1,9837 0,00%
    • GBP 2,1690 0,00% RUB 0,0221 0,00%

Sahil Babayev: "Hər ailəyə düşən orta aylıq məbləğ 225 manatı ötüb"

Sahil Babayev: "Hər ailəyə düşən orta aylıq məbləğ 225 manatı ötüb"

Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik.

Publika.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır.

Nazir qeyd edib ki, iş yerlərinin qorunması, eləcə də özəl sektor üzrə 760 min nəfərin işsizlik riskinin qarşısının alınması ilə bərabər, ilin əvvəlindən əmək müqavilələrinin sayında da 120 min (19 faiz), əmək haqqı fondunda isə 15 faiz artım müşahidə olunub.

Sosial ödənişlərin davamlılığının, hətta hər ay vaxtından əvvəl ödənilməsinin təmin edildiyini qeyd edən nazir bildirib ki, bununla yanaşı, təkcə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımlar üzrə bu ilin 7 ayında 2,3 milyondan çox şəxsə 3,3 milyard manata yaxın vəsait ödənilib: "Bu da ötən ilin eyni dövrünə nisbətən tərqibən 30 faiz çox olmaqla 719 milyon manat çoxdur. Sosial təminat sistemi ilə əhatə olunanların da sayı 130-150 min nəfər artıb, o cümlədən əlavə olaraq 14 min ailə üzrə 60 minə yaxın şəxs ünvanlı sosial yardım proqramına cəlb edilib, proqram artıq 350 min insanı əhatə edir və sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də 225 manatı ötüb".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR