• USD 1,7000 0,00% EUR 1,9837 +0,14%
    • GBP 2,1690 +0,45% RUB 0,0221 0,00%

Prokurorluqda işləmək istəyənlərin NƏZƏRİNƏ

Prokurorluqda işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə 15.04.2020-ci il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu davam etdirilir.

Publika.az xəbər verir ki, prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar ölkə ərazisində COVİD-19 epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən xüsusi rejimdə iş normalarına dair verilmiş təlimata uyğun olaraq sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi nəzərdə tutulduğundan müvafiq sənədlərin (http://genprosecutor.gov.az/…/azerbaycan-respublikasinin-ba…) foto-surətini Baş Prokurorluğun kadr@prosecutor.gov.az ünvanına elektron formatda göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.

Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi və digər məsələlər barədə kütləvi informasiya vasitələrində və Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) məlumat veriləcəkdir.

Sənəd qəbulu ilə bağlı 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsi ilə əlavə məlumat əldə etmək olar.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR