Sosial
13 şəhər və rayona giriş-çıxış qaydası DƏYİŞDİ
Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçiriləcək.
Publika.az xəbər verir ki, bununla bağlı qaydalar Nazirlər Kabinetin müvafiq Qərarına öz əksini tapıb.
- Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;
- Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;
- Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.
Operativ Qərargah vətəndaşlara müraciət edərək bildirir ki, infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri ilə iqtisadi fəaliyyəti sinxronlaşdırmaq üçün sanitar-epidemioloji tələblərə ciddi əməl edilməlidir. Sanitar-epidemioloji tələblərə əməl edilməsi iqtisadi fəaliyyəti davam etdirməyin və daha da genişləndirməyin yeganə üsuludur.
-
Hadisə19:50
Bakıda bazardakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Magazin119:48
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü