Sosial
Otellərdə Operativ Nəzarət Qrupu yaradılacaq
Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları"nın təsdiq edilməsi barədə qərar qəbul edib.
Publika.az xəbər verir ki, qərar “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən qəbul edilib.
Qaydalara əsasən, Operativ Nəzarət Qrupu və ya operativ nəzarət üzrə məsul şəxs COVID-19-a yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlar, işçi heyət və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsinə məsuldur.
Bundan başqa, 80-dən çox nömrəsi olan mehmanxanalarda Operativ Nəzarət Qrupu (Rapid Response Team) yaradılacaq, digər mehmanxanalarda isə operativ nəzarət üzrə məsul şəxs təyin olunacaq.
Qərarla buradan tanış ola bilərsiniz.
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR