Binəqədidə karantin qaydalarını pozanlar cərimələndi
Bizi izləyin

Sosial

Binəqədidə karantin qaydalarını pozanlar cərimələndi

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən marketlər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Publika.az xəbər verir ki, Binqədi Rayon İcra Hakimiyyəti, Binəqədi RPİ və 4-cü Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən “Al” və “Grand” marketlərin xidmət personallarının karantin qaydalarına zidd olaraq, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etmədikləri aşkar olunub.

Qanunverciliyə uyğun olaraq, onlardan 4 nəfər - obyektin icarədarı və işçiləri qanunverciliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm