Karantini pozanlar koronavirus xəstəxanalarında işlədilsin - Ədalət Rüstəm
Bizi izləyin

Sosial

Karantini pozanlar koronavirus xəstəxanalarında işlədilsin - Ədalət Rüstəm

"5 aydan çoxdur ki, millətimiz, xalqımız və dövlətimiz SARS-CoV-2 pandemiyasından əziyyət çəkir. 500-dən artıq vətəndaşımız, o cümlədən bilavasitə COVID-19 xəstələrinin müalicəsində iştirak edən 39 həkimimiz, bir o qədər də orta və kiçik tibb işçiləri, texniki tibbi heyətin üzvləri bu virusun qurbanı olub. 40 minə qədər yoluxmuş insan xüsusi rejimli xəstəxanalarda müalicə olunub və olunur".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm deyib.

O bildirib ki, təxmini hesablamalara görə, yüngül simptomlu azı 150-200 min insan evdə müalicə olunub: "Sonuncu rəqəmin azı 2 dəfə çox olduğunu iddia edənlər də var. Bu murdar xəstəlik və onun ağırlaşmalarından vəfat edən 39 həkimin yarısını şəxsən tanıyırdım, ikisi tələbə, biri iş yoldaşım idi. Hamısı da fəal əmək qabiliyyətli, gənc, cavan və orta yaşlı. 2 yaxın qohumum vəfat edib, biri hazırda reanimasiyadadır. Bacı və qardaşımın ailələrinin bütün üzvləri yoluxub və evdə uğurla müalicə olunublar. İşlədiyim xüsusi rejimli xəstəxanadan çıxan 10-a qədər meyiti öz gözlərimlə görmüşəm. Sayt və qəzetlərdə, internet TV-lərdə demək olar ki, hər gün bu mövzuda çıxışlar etmişəm. "Müstəqil Həkimlər Birliyi" şərti adlı birliyin yaradılmasının təşəbbüsçüsü və təsisçilərindən biriyəm. Birliyin hazırladığı və Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərdiyi 20 maddəlik təkliflər paketi ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı, qısa müddətdə yarım milyondan artıq insan bəyəndi və dəstəklədi".

Həkim qeyd edib ki, birlik hazırda əhaliyə yönəlik tövsiyələr və məsləhətlər paketi üzərində işləyir. Məqsəd payız aylarında gözlənilən 2-ci dalğanın təsirlərinin və itkilərin mümkün qədər az olmasına nail olmaq üçün xalqımıza, dövlətimizə dəstək olmaqdır:

"Birliyimizin ikinci əsas fəaliyyət istiqaməti bu ağır infeksiyanın qurbanları olan həkimlərin, tibb və texniki tibbi işçilərin ailələrinin sosial müdafiəsinin daimi və normal gücləndirilməsi uğrunda fəaliyyət göstərməkdir. İnsanlarımızın bir hissəsini bu təhlükəli infeksiyanın və onun törətdiyi ağır xəstəliyin mövcudluğuna inandıra bilmədik. Onların müəyyən hissəsi yoluxdu və ətrafdakıları da yoluxdurdular, hazırda da yoluxdurmaqda davam edirlər. Bu günə qədər hər 5 ölümdən 4-ü bu insanların cahilliyi hesabına oldu.

4 ay əvvəl dediyimi bir daha təkrarlayıram. Əhalinin inanmayan hissəsinin inandırılmasının yolu karantin rejimini dəfələrlə pozanların, kobud pozanların, polisə tabe olmayanların və müqavimət göstərənlərin müəyyən müddətlərdə (30-100 saat) xüsusi rejimli koronavirus xəstəxanalarında sanitar, potter, texniki işçi və başqa formada işlədilməsindən keçir. Tam hüquqi əsaslarla və yerli məhkəmələrin qərarları ilə".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm