Tanınmış ilahiyyatçı: “Aşura mərasimlərinin bu şəkildə keçirilməsini dəstəkləmirəm”
Bizi izləyin

Sosial

Tanınmış ilahiyyatçı: “Aşura mərasimlərinin bu şəkildə keçirilməsini dəstəkləmirəm”

“İnsanlar nəzərə almalıdır ki, pandemiya hələ bitməyib və xəstəliyin nə qədər davam edəcəyi məlum deyil. Hazırda dünyada növbəti dalğalar barədə geniş müzakirələr aparılır. Odur ki, pandemiya prosesinin tam səngimədiyi dövrdə yas mərasimlərinin geniş şəkildə keçirilməsini dəstəkləmirəm. Karantin rejiminin yumşaldılması iqtisadi və turizm baxımdan önəm daşıyır”.

Bu sözləri tanınmış ruhani alim Hacı Emil Rahiloğlu Publika.az-a pandemiya ilə əlaqədar olaraq məscidlərin qapalı olması, yas mərasimlərinin keçirilməsinə qoyulan qadağa barədə danışarkən deyib.

İlahiyyatçının sözlərinə görə, bu il Məhərrəmlik məclislərinin onlayn qaydada keçiriləcəyi gözlənilir:

“Aşura gününün hansı şəkildə qeyd olunacağını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təyin edəcək. Lakin qapalı şəraitdə, məscidin içərisində Aşura mərasimlərinin davamlı şəkildə keçirilməsinin tərəfdarı deyiləm. Qapalı məkanlarda kütləvi yığışmağı şəxsən doğru qərar hesab etmirəm.

Aşura mərasimlərinin məscidlərdə keçirilməsinə icazə verilməzsə, moizələr, alimlərin xütbələri canlı yayım vasitəsilə həyata keçiriləcək və bunun üzərində daha ciddi şəkildə məşğul olacağıq.

İslam dini it və donuz ətini yeməyi, qan düşmüş suyu içməyi haram buyurub, amma deyilir ki, insanın canı təhlükədə olarsa, onlardan istifadə edə bilər. Bu da o deməkdir ki, İslam dininə görə, insan həyatının təhlükəsizliyi olduqca önəmlidir və biz bu məqama diqqət yetirməliyik”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm