Din icazə vermir: məscidlər açılmayacaq - Hacı Şahin
Bizi izləyin

Sosial

Din icazə vermir: məscidlər açılmayacaq - Hacı Şahin

İndiki şəraitdə insanların kütləvi şəkildə bir araya gəlməsi və kütləvi tədbirlərin keçirilməsi yoluxmanı artıra bilər.

Bunu Axar.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin vətəndaşların məscidlərin ibadətə açılması ilə bağlı təkliflərini şərh edərkən deyib. O bildirib ki, dində də insan sağlamlığının daha önəmli olması qeyd edilir:

“İnanclı insanların məscidlərin açılması ilə bağlı arzusu tam başadüşüləndir. Onlar məscidlərdə ibadətlərini yerinə yetirmək istəyir. Bunu mən də arzulayıram. Amma belə hallarda insan sağlamlığı önəmli faktordur. Bu mövzular müzakirə olunan zaman qaydalar nəzərə alınmalıdır. Qafqaz Müsəlmanları İdarəsi öz qərarlarında Operativ Qərargahın qəbul etdiyi qaydaları əsas götürür. Bütün ölkələrdə yumşaldılmalar olsa da, kütləvi tədbirlərə heç yerdə icazə verilməyib. Qarşıdan Məhərrəmlik ayı gəlir. İndiki şəraitdə məsafəni gözləmək məsuliyyətini hər kəs öz üzərinə götürə bilmir. İnsanları bu cür tədbirlərdə sosial məsafə gözlənilməklə düzmək çətindir.

İnsan sağlamlığı məsələsi ilə bağlı böyük din alimlərinin də fitvaları var. Din insan sağlamlığına zərər vura biləcək addımların atılmasına icazə vermir. Quranda da qeyd edilib ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Belə bir şəraitdə Ramazanda da kütləvi ayinlər icra olunmadı, Həcc ziyarəti təxirə salındı və Qurban bayramı namazı da kütləvi şəkildə qılınmadı. Virusun yayılma təhlükəsi hələ də var və qəbul edilən qaydalara anlayışla yanaşmalıyıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm