• USD 1,7000 0,00% EUR 2,0006 -0,83%
    • GBP 2,1796 -1,06% RUB 0,0223 -0,90%

Daha 65 obyektdə sanitariya-gigiyena tələbləri pozuldu

Daha 65 obyektdə sanitariya-gigiyena tələbləri pozuldu

Ticarət və xidmət obyektlərində müvafiq qayda və tələblərə əməl edilməsinə nəzarət davam edir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Publika.az-a veriləm məlumata görə, karantin rejiminin zəruri qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə avqustun 12-də keçirilən monitorinqlər zamanı Nərimanov rayonunda “İn stile geyim mağazası”nda, “Nənəmin Təndiri” pərakəndə ticarət obyektində, “Glamour Beauty” gözəllik salonunda, “Emma Gözəllik Salonu”nda, “Modatex” MMC-yə məxsus “Colins Geyim” mağazasında, Nizami rayonunda “Susadım market”də, Elmira Əhmədovaya məxsus “Parfumeriya” mağazasında, Nəsimi rayonunda “Oba Market”də, “Mİ Home Telefon Satışı” mağazasında, “Emilano Oboy Evi”ndə, “Nə alsan 1 manat xırdavat”da, “Zəka Kitab Evi”ndə, “Zeytun Aptek”də, “Alma Apteki”ndə, Binəqədi rayonunda “Horizont İnşaat”, “Ucuz Market” pərakəndə ticarət obyektlərində, Qaradağ rayonunda “İnci Mebel”, “Soliton Məişət Texnikaları” mağazalarında, Yasamal rayonunda “Lombard Zərgərlik Emalatxanası”nda, “Life Dent Stomatoloji Klinika”da, “Beauty Code” gözəllik salonunda, İslam Əsgərova məxsus “Kimyəvi Təmizləmə” xidmət obyektində, Xətai rayonunda “Elle Geyim”, “İzmir Geyim”, “Nu Pogodi” mağazalarında, Sabunçu rayonunda “Araz Supermarket”də, “Emin Market”də, “İstanbul Dönər”də, Səbail rayonunda “Algo Geyim Mağazası”nda, “Starmart”da, “Romaşka Market”də, “Hello Baby Geyim Mağazası”nda, Xəzər rayonunda “AL Market”, “Gəncə Təndiri” pərakəndə ticarət obyektlərində, ümumilikdə, monitorinq aparılmış 723 obyektin 65-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub. Nəzarət tədbirləri davam etdirilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR