Çimərliklərdə sıxlıq müşahidə olunmur - AÇIQLAMA
Bizi izləyin

Sosial

Çimərliklərdə sıxlıq müşahidə olunmur - AÇIQLAMA

6 iyul tarixinə qədər Bakıda 18.00-19.00-a qədər avtobus fəaliyyət göstərirdi ki, xəttə 100 avtobus da əlavə edilib.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib: "Eyni zamanda Bakı kəndlərindən vətəndaşların daşınması üçün əlavə avtobuslar ayrıldı. Yaxın zamanda avtobusların sayı yenidən artırılacaq".

O əlavə edib ki, hazırkı dövrdə çimərliklərdə sıxlıq müşahidə olunmur: "Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların aktiv monitorinqləri nəticəsində vətəndaşların təhlükəsiz istirahəti həyata keçirilir. Çimərlik.az saytına 40 minə yaxın vətəndaş müraciət edib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm