Pandemik stresin psixofizioloji göstəricilərə təsiri müzakirə edilib
Bizi izləyin

Sosial

Pandemik stresin psixofizioloji göstəricilərə təsiri müzakirə edilib

АМЕА-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun onlayn iclası keçirilib.

İnstitutdan Publika.az bildirilib ki, müəssisənin direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.

Sonra Hüceyrənin morfofunksional plastikliyi laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru, professor Fəxrəddin Əskərovun laboratoriyanın perspektiv elmi-tədqiqat işlərinin inkişaf istiqamətlərinə dair çıxışı dinlənilib.

Uzunömürlülüyün fiziologiyası laboratoriyasının əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Natavan Kərəmova isə “Pandemik stresin ahıl, qoca və uzunömürlülərin psixofizioloji göstəricilərinə təsiri” mövzusunda çıxış edib.

Sonda hər iki mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm