DSMF-dən 5 uşaqlı ana ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Sosial

DSMF-dən 5 uşaqlı ana ilə bağlı AÇIQLAMA

"Sosial şəbəkədə (youtube) yayımlanan videoda Zərdab rayonu, Əlvənd kənd sakini Həsənova Aygün Famil qızının onun ailəsinə sosial yardım və müavinət təyin edilməməsindən narazılıq etməsi ilə bağlı araşdırma aparılıb".

Publika.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib.

O bildirib ki, beş uşağı olan A.Həsənova bu vaxta qədər ailəsinə ünvanlı dövlət sosial yardımı təyin olunması üçün müraciət etməyib: "Sosial yardım almaq üçün müraciətlər elektron qaydada edilir və məmur-vətəndaş təması olmadan e-sistem üzərindən müraciətə baxılaraq qərar verilir. Bu prosesdə hər hansı insan müdaxiləsi, kənar təsir mümkün deyil.
A.Həsənova sosial yardım üçün yalnız şifahi olaraq DSMF-nin Zərdab rayon şöbəsinə müraciət edib. Şöbədən də ona bunun üçün e-qaydada müraciət edilməsi tövsiyə olunub və müraciət qaydası izah olunub.
Həmçinin ona bildirilib ki, müraciət etməzdən əvvəl özünün və onunla birgə yaşayan anasının mülkiyyətlərindəki pay torpaqları ərazi vergi xidmətində uçota alınmalı, bu əsasda həmin torpaq paylarına sığorta uçot nömrəsi (SUN) verilməlidir.
Bundan sonra A.Həsənova ünvanlı dövlət sosial yardımı üçün e-qaydada müraciət edəcəyi halda ailəsinə yardım təyin olunması məsələsinə qanunvericiliyin tələblərinə uyğun baxılacaqdır.
Eyni zamanda, beş uşağı olanlara deyil, beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət verildiyi ona izah olunub".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm