Sosial
Nəvə toyu: Bu videonu qəsdən yaydılar - Sensasion İDDİA
Bu, əlbəttə, mənim şəxsi fikrimdir. Ancaq hesab edirəm ki, o videogörüntülərin sosial şəbəkələrdə yayılması təsadüf deyildi.
Publika.az xəbər verir ki, bu sözləri Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı akademik, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin (sabiq millət vəkili İlham Əliyevin qızının) məlum toy mərasimi haqda danışarkən deyib.
Politoloq bildirib ki, o ziyafətdə xeyli sayda sabiq və indiki məmur iştirak edib:
“Məlumatlar var ki, orda xeyli çıxışlar, sağlıqlar da olub. Onlardan yalnız biri sosial şəbəkələrə ötürülüb. Hesab edirəm ki, məhz o çıxışda dövlətə meydanoxuma ştirixləri olduğuna görə o görüntü bilərəkdən, qəsdən yayılıb.
Azərbaycanda hər kəs bilir ki, ölkəmizin uğurlarının, dövlətimizi inkişafa aparan strategiyanın, proqramların, həyata keçirilən böyük layihələrin müəllifi birmənalı olaraq Prezident İlham Əliyevdir. Bütün məmurlar məhz Prezidentin iradəsinin ifadəçisi, icraçıdırlar və ya icraçı olublar. Bu baxımdan hər hansı bir sabiq və ya hazırkı məmurun fəaliyyətini şişirtmək, böyütmək başqa niyyətlərdən xəbər verir və bir az da dərinə getsək, dövlətə qarşı çıxmaqdır. Məncə, hazırkı şəraitdə (Pandemiya ilə mübarizə və ölkəmizin müharibə şəraitində olması) Prezident və dövlət məfhumları paralelləşdirilməlidir. Çünki vəziyyət bizdən bunu tələb edir. Əgər biz Azərbaycanda sabitliyin, inkişafın, tərəqqinin tərəfdarıyıqsa, mütləq bu məfhumlar bizimçün bərabər olmalıdır. Dövlətə qarşı çıxmaq Prezidentə qarşı çıxmaqdır və əksinə”.
Politoloq videonun qəsdən yayılmasının daha bir təsdiqi kimi qeyd edib ki, görüntünün doğurduğu reaksiyaya cavab olaraq sözügedən şəxslər üzr istəmək əvəzinə özlərini müdafiə etməyə və cəmiyyətin üzərinə getməyə başladılar.
Verilişin tam videosunu BURADAN izləmək olar.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR