İsa Həbibbəylinin "nəvə toyu"nda iştirak etməməsinin səbəbi açıqlandı
Bizi izləyin

Sosial

İsa Həbibbəylinin "nəvə toyu"nda iştirak etməməsinin səbəbi açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qurumun birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib-etməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, sosial şəbəkələrdə akademik İsa Həbibbəylinin məlum toy məclisində iştirak etməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir.

Qeyd olunub ki, akademik İsa Həbibbəyli avqustun 18-i saat 13-də Bakıdan-Naxçıvana uçan təyyarə reysi ilə Naxçıvana gedib, həmin axşam Şərur rayonunun Danyeri kəndində ata ocağında olub. Məzuniyyət dövrünə aid olduğu üçün avqustun 24-dək Naxçıvanda qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm