DTX nəzarət tədbirləri keçirdi
Bizi izləyin

Sosial

DTX nəzarət tədbirləri keçirdi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı Abşeron rayonunun Hökməli qəsəbəsinin Atyalı yaşayış massivində məişət tullantılarının qanunvericiliyə uyğun idarə edilmədiyi və qalaqlandığı aşkarlanıb.

Publika.az xəbər veri ki, bu barədə xidmətin rəis müavini Ramal Bağırov məlumat verib.

O bildirib ki, araşdırma zamanı Hökməli bələdiyyəsinin ərazisində məişət tullantılarının qalaqlanmasının artıq bir neçə dəfə təkrar olunduğu, bununla bağlı bələdiyyə rəhbərliyi qarşısında ciddi tələblər qoyulduğu, lakin lazımi tədbirlərin görülmədiyi müəyyən edilib: “Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi məqsədilə bələdiyyəyə daha bir “məcburi göstəriş” verilib.

Dəfələrlə olunan xəbərdarlıqlara baxmayaraq, ərazidə yenə də tullantıların düzgün idarə edilmədiyi və qalaqlandığı üçün Hökməli bələdiyyəsi barəsində akt və protokol tərtib olunub, bələdiyyənin hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm