Ölkədə 119 obyektdə karantin qaydaları pozuldu
Bizi izləyin

Sosial

Ölkədə 119 obyektdə karantin qaydaları pozuldu

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə sentyabrın 1-də keçirilmiş monitorinqlər zamanı Qaradağ rayonunda “Kafe və təndir” iaşə obyektində, Sədail Sadıxova məxsus mağazada, Seymur Nərimanlıya məxsus kafedə, Suraxanı rayonunda “Ballı” mağazasında, “Sənan market”də, “Bizim market”də, “Çayka kafe”də, “Göyçay kafesi”ndə, Xaliq Abdullayevə məxsus ərzaq mağazasında, Sabunçu rayonunda “Bren shop geyim mağazası”nda, “İstanbul ayaqqabı mağazası”nda, “Lyuks tikinti materialları mağazası”nda, “Kəndistan kafe”də, “Bibər pizza”da, Nərimanov rayonunda “Nuray market”də, “Trend butik geyim mağazası”nda, “Cook mood kafe və restoran”da, Nəsimi rayonunda “El market”də, “Sərvan kafe”də, “Darçın kafe”də, “Ağdaş kafesi”ndə, "Azəri tikinti şirkəti" MMC-yə məxsus “28 May rezident”də, Xətai rayonunda “İnab quru meyvələr dükanı”nda, “Grand market”də, “Zəka məktəb ləvazimatı mağazası”nda, “Gülər-Xədicə market”də, “Velo toys” mağazasında, “Bolmart” mağazasında, “Rövşən market”də, Binəqədi rayonunda “Kəngərli ət məhsullarının satışı” mağazasında, “Elit market”də, “Avto sfera mağazası”nda, Nizami rayonunda “Texno plus mağazası”nda, “Toğrul telekom” mağazasında, “Dostlar kafesi”ndə, “Çaydəm kafe”də, “Şəki kafesi”ndə, “Avita aptek”də, Xəzər rayonunda “Everest market”də, “Al market”də, “Oba market”də, “Buta market”də, Yasamal rayonunda “Beer market”də, “La casa dönər evi”ndə, “Diabet aptek”də, Səbail rayonunda “Orxan kafe”də, “Pandora 2 gümüş mağazası”nda, “Room kafe”də, “Şərbət restoran”da, Sumqayıt şəhərində “Ləziz şirniyyat evi”ndə, "Yazı düzü istilik sistemləri mağazası”nda, “Kafe kral lahmacun”da, “Söyüdlü kafe”də, Abşeron rayonunda Həsən İmamcanova məxsus ərzaq mağazasında, Aydın Allahverdiyevə, Qoşqar Məmişova məxsus kafelərdə, ümumilikdə, 119 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm