Azərbaycanda uşaqlar arasında ölüm halları artdı
Bizi izləyin

Sosial

Azərbaycanda uşaqlar arasında ölüm halları artdı

Azərbaycanda 18 yaşadək uşaqlar arasında ölüm halları artıb.

Publika.az xəbər verir ki, ümumilikdə isə 2018-ci ildə yaşı 18-dək olan 2412 uşaq ölüb ki, onların 1558-i şəhər, 854-ü kənd yerlərinin payına düşüb.

2019-cu ildə isə yaşı 18-dək olan 2509 uşaq dünyasını dəyişib. Keçən il dünyasını dəyişən 18 yaşadək uşaqların 1679-u şəhər, 830-u kənd yerlərinin payına düşüb.

18 yaşadək uşaqların ölümünün əsas səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Bu səbəbdən keçən il 1002 nəfər dünyasını dəyişib.

Sonrakı yerləri sinir və tənəffüs sistemi xəstəlikləri tutur. Ötən il sinir xəstəliklərindən 220 , tənəffüs sistemi xəstəliklərindən 257 uşaq dünyasını dəyişib,

2019-cu ildə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 222, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 183 uşaq dünyasını dəyişib. / Trend

Oxumağa davam et
Reklam
Reklam

Gündəm