Azərbaycanda bu kənddəki bütün evlərə bulaq suyu gəlir - VİDEO
Bizi izləyin

Sosial

Azərbaycanda bu kənddəki bütün evlərə bulaq suyu gəlir - VİDEO

Qədim tarixi ilə məşhur olan Astaranın Sım kəndində hər evdə saf, büllur kimi təmiz bulaq suyu gəlir. Çünki, bu yaşayış məskəninin ətrafında 70-ə yaxın bulaq mövcuddur.

Kənd sakinləri bu sudan həm məişətdə, həm də təsərrüfatda istifadə edirlər.

Vaxtilə bu bulaqların suyundan dəyirmanın hərəkətə gətirilməsi üçün də istifadə olunub. İnsanlar əkdikləri buğdanı bu dəyirmanlarda üyüdərək, qış üçün azuqə toplayıblar. Bulaqların suyu o qədər təmizdir ki, hətta çaydan da belə ərp yaratmır. Kənd həm də hündür və bol sulu şəlaləri ilə zəngindir.

Mütəxəssislər hesab edir ki, lazımı infrastruktur qurmaqla bu bulaqların suyundan daha çox yaşayış məntəqəsində istifadə etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm