Gürcüstandan daha 200 azərbaycanlı təxliyə edildi
Bizi izləyin

Sosial

Gürcüstandan daha 200 azərbaycanlı təxliyə edildi

Gürcüstandan Azərbaycana daha 200 nəfərin təxliyəsi baş tutub.

Publika.az xəbər verir ki, onların arasında Azərbaycan vətəndaşları ilə yanaşı Gürcüstan vətəndaşları da yer alıb.

Ötən gün həmin şəxslərin koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.

Təxliyə olunanlara Azərbaycanın Gürcüstandakı səfirliyindən COVID-19-un aşkarlanmadığını təsdiq edən arayış təqdim olunub. Həmin şəxslər səfirliyin binası qarşısından avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınıblar.

Qeyd edək ki, Azərbaycana növbəti təxliyə sentyabrın 14-nə təyin olunub. Bugünkü və növbəti təxliyədə üstünlük yeni dərs ilinin başlaması ilə əlaqədar Azərbaycana getməli olan uşaqlar və onların ailə üzvlərinə verilib. Pandemiya dövrü başlayandan indiyədək Gürcüstanı tərk edə bilməyən 2 mindən çox şəxsin Azərbaycana təxliyəsi təşkil olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm