Sosial
Deputatdan toyların keçirilməsi iə bağlı BƏDBİN PROQNOZ
Azərbaycanda toyların formatı dəyişməlidir. Artıq həmişəlik bu qaydalar qəbul olunmalıdır. Əvvəlki dövrlərdə olduğu kimi 300-400, hətta 1000 nəfərlik toy mərasimlərinin keçirilməsi düzgün deyil.
Bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev Teleqraf.com-a müsahibəsində deyib.
Deputat bildirib ki, eyni zamanda ölkədə toyların formatı da nisbətən sadə bir tərtibə keçməlidir:
“Sadə tərtibdə toyların keçirilməsi mümkün ola bilər. Amma şadlıq evlərində kütləvi və təntənəli toyların keçirilməsi mümkün deyil”.
M.Quliyev qardaş Türkiyəni misal çəkərək qeyd edib ki, oranın bəzi şəhərlərində toyların keçirilməsi ilə bağlı qərar verildi:
“Amma orada saat məhdudiyyəti ilə toyun baş tutması şərt kimi qoyuldu. Eyni zamanda bu tip toylarda yemək-içmək və müxtəlif təamların da verilməsi qadağan edilmişdi. Sonradan yoluxmada artım olduğuna görə onu da qadağan etdilər. Ona görə də bundan sonra ölkəmizdə toyların sırf ailə tərkibində keçirilməsi məqbul olar”.
Deputat vurğulayıb ki, toyların keçirilməməsinin demoqrafik vəziyyətə bir o qədər də təsiri olmayacaq:
“Çünki statistikaya əsasən, uşaqların 70 faizi evliliyin ilk ilində deyil, sonrakı illərində dünyaya gəlir. Digər tərəfdən toyların qadağan edilməsi o demək deyil ki, insanların ailə qurmasına da məhdudiyyət qoyulub. İnsanlar yenə də öz ailə həyatlarını qura, ailə şənliyi şəkilində də toy mərasimlərini keçirə bilərlər. Əslində bu addımları daha çox təbliğ etmək və stimullaşdırmaq lazımdır”.
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu