Generaldan hərbi salam verən məktəbliyə JEST - FOTO
Bizi izləyin

Sosial

Generaldan hərbi salam verən məktəbliyə JEST - FOTO

Bir neçə gün öncə Qazaxda DSX-nin hərbçilərini yol kənarında hərbi salamla qarşılayan rayonun Daş Salahlı kənd 1 saylı orta məktəbin ikinci sinif şagirdi Elton Xıdır oğlu Hacızadə Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının komandiri, general-mayor Müzəffər Pirizadə tərəfindən qəbul edilib.

Publika.az xəbər verir ki, Sərhəd diviziyasında keçirilən görüşdə məktəbliyə DSX Sərhəd Qoşunlarının hərbi forması bağışlanıb.

Gələcəyin sərhədçilərini hazırlayan DSX-nin Xüsusi Məktəbi barədə məlumat verilib, vətənpərvərliyi, orduya göstərdiyi sayğıya görə təşəkkür edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm