Sosial
Şəhid generalımızın anasından əsgərlərimizə MÜRACİƏT: Poladımın ən böyük arzusu...
Bu ağır və şərəfli döyüş günlərində şəhid generalımız Polad Həşimovun anası Səmayə xanım da Publika.az vasitəsilə əsgərlərimizə xeyir-dua vermək istədi.
“Salam, mənim əsgər balalarım! Allah üstünüzdə yar olsun, sizi qorusun. Peyğəmbərlərimizin əlləri kürəyinizdə olsun. Mən general Polad Həşimovun yox, hamınızın anasıyam. Bütün dualarım sizinlədir. Gecə-gündüz əl qaldırıb, sizə dua edirəm. Mənim general balamın əsgərləri, döyüş yoldaşları!
Hamınıza can sağlığı arzu edirəm. Təşəkkürümü bildirirəm. Döyüşüb Poladımın qanını yerdə qoymamağınız üçün dua edirəm. Qolunuz qüvvətli olsun ki, Poladımın ən böyük arzusunu yerinə yetirəsiniz. Bayrağımızı Şuşada, Xankəndidə sanca biləsiniz. Elə o məqamda “Əziz generalım, bu qələbəni sənin ruhuna hədiyyə edirik” sözünü deyəsiniz.
General anası kimi ordumuzun qarşısında baş əyirəm, cənab Prezidentimizin yanındayam. Qoy Ali Baş Komandanımızın canı sağ olsun ki, ordumuz da möhkəm olsun. Bilsin ki, biz də onun arxasındayıq.
Əziz balalarım, qələbə gününədək döyüşün ki, biz şəhid analarına müjdə verəsiniz. Biz də sizi bağrımıza basaq”.
Leyla Sarabi
-
Magazin112:31
Hüseyn Həsənov Rəşad Dağlının oğluna görün nə hədiyyə etdi - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın