Tağıyevin nəticəsindən Azərbaycana DƏSTƏK - FOTO
Bizi izləyin

Sosial

Tağıyevin nəticəsindən Azərbaycana DƏSTƏK - FOTO

Zeynalabdin Tağıyevin nəslinin davamçısı Fransada yaşayan Alban Kloud Ermənistanın təxribatına qarşı etirazını ifadə edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, A.Kloud deyib ki, dünəndən başlayaraq Ermənistanla Azərbaycanın Qarabağdakı təmas xəttində güclü döyüşlər gedir:

"Vəziyyətin ciddiliyini və mənim Azərbaycanla bağımı nəzərə alaraq yazdığım bu mətni və illüstrasiyalaşdırdığım xəritəni fransız dostlarımla paylaşmağa haqqım çatır.

Mən müharibənin əleyhinəyəm, lakin çoxtərəfli diplomatiya son otuz ildə bu saxta, dondurulmuş münaqişənin həllinə dair başqa bir alternativ təklif edə bilməyib.

Bu yazım, xüsusi ilə şərhçilər tərəfindən gözardı edilən Qarabağ məsələsinə Azərbaycanın mövqeyini və bu münaqişədə Fransanın rolunu anlamağa imkan verəcəkdir.

İstənilən müzakirəyə hazıram, mənə [email protected] ünvanından yaza bilərsiniz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm