"Azərpoçt"dan əhaliyə çağırış
Bizi izləyin

Sosial

"Azərpoçt"dan əhaliyə çağırış

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC vətəndaşları xalqımıza qürur və qalibiyyət hissi yaşadan əsgərlərimizə öz duyğularını kağız və qələm vasitəsilə bildirməyə çağırır.

Publika.az-a daxil olan məlumatda bildirilir ki, Azərbaycanın yeganə milli poçt operatoru “Azərpoçt” Azərbaycan Silahlı Qüvvələrinə mənəvi dəstək olaraq “Əsgərə məktub” layihəsi çərçivəsində məktub yazmaq ənənəsinə sadiq qalaraq öz hisslərini kağız üzərinə köçürməyi və ordumuza ismarlamağı tövsiyə edir.

Əsas məqsəd Azərbaycan vətəndaşının onu qələbə xəbərləri ilə sevindirən əsgərinə, ordusuna ehtiram və diqqətini kağıza köçürüb igid əsgərlərimizə çatdırmaqdır. Vətəndaşlar “Azərpoçt” MMC-nin bütün respublika üzrə poçt şöbələrinə və “Şəbəkə” xidmət mərkəzlərinə yaxınlaşaraq əsgərlərimizə məktub göndərə bilərlər.

Göndərilən hər bir məktub ön cəbhədə xidmət edən əsgərlərimizə ödənişsiz çatdırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm