İncəsənətsevərlər Vətənin səsini dünyaya çatdırırlar
Bizi izləyin

Sosial

İncəsənətsevərlər Vətənin səsini dünyaya çatdırırlar

Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət əsasında Qarabağdakı anti-terror əməliyyatlarında və diplomatik müstəvidə ardıcıl uğurlarımız düşmən tərəfi pərişan edib. Bu uğurlarımızdan sonra işə düşən erməni propaqanda maşını müxtəlif Avropa parlamentariləri, müxtəlif pro-erməni KİV-ləri, eləcə də bəzi üzdəniraq xarici şou-biznes nümayəndələri vasitəsilə yalan və tavtologiya dolu məlumatları dünya ictimaiyyətinə sosial media üzərindən çatdırmağa çalışır.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyevin siyasi addımları və ölkənin birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın "onları susdurun" çağırışı erməni yalanlarıyla mübarizə aparan sosial səbəkə istifadəçilərini daha da ruhlandırıb.

Belə ki, bir çox blogerlər, səhifə yönəldiciləri öz izləyiciləriylə birləşərək dezinformasiya yayan platformalarda həqiqətləri çatdırır, o platformaların izləyicilərini tarixi faktlarla düzgün məlumatlandırırlar. Artıq heç kəsə sirr deyil ki, Tvitter üzərindən mütəşəkkil formada yayılan #dontbelievearmenia həştəqi dünya ölkələrinin trendinə düşdü. Bununla da 4-5 saat ərzində ermənilərin "sosial platforma lobbisi" adlı mif darmadağın oldu.

Təbii ki, "Laboratory of Art" incəsənət platforması da bu informasiya savaşında tam şəkildə öz yerini alıb. Layihənin idarə heyətindən və aktiv üzvlərindən formalaşdırılan komanda Qarabağda əməliyyatlar başlayandan tarixi faktları, məntiqi izahları xarici dillərdə paylaşmaqla məşğuldur. Mütəşəkkil şəkildə və planlı formada öz fəaliyyətlərini sürdürürlər.

"Qarabağımız üçün gedən savaşda əsgərlərimiz cəbhədəykən biz də arxa cəbhədən onlara dəstək göstərməkdə qürur duyuruq. Başlıca məqsədimiz yalan propaqandaların önünü kəsməkdir. Layihəmizdə də hərbi vəziyyətdir, bütün imkanlarımızla səfərbər olub ordumuzun yanındayıq. Çünki biz hamımız əsgərik: həqiqətin əsgəri, namusun əsgəri, milli qeyrətin əsgəri" deyə layihənin rəhbəri, yazıçı Fərid Nəsibzadə bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm