Pensiyaçılara ŞAD XƏBƏR
Bizi izləyin

Sosial

Pensiyaçılara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən oktyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə Rəşad Mehdili deyib.

Onun sözlərinə görə, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də oktyabr ayının pensiyaları ödənilib. Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan onlara verilmiş kartlar vasitəsi ilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları bu ayın 9-da ödənilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm