Maarifləndirilmə kampaniyası və ailələrə yardım... - Layihə
Bizi izləyin

Sosial

Maarifləndirilmə kampaniyası və ailələrə yardım... - Layihə

Ekoloji Maarifçilik və Monitoriq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ‘’COVID 19 Pandemiyası dövründə əhalinin sağlamlığı ilə bağlı maarifləndirilmə kompaniyasının aparılması və əhalinin aztəminatlı təbəqəsindən olan ailələrə humanitar yardımların göstərilməsi’’ layihəsinin icrasını başa çatdırıb.

Layihə çərçivəsində əhali arasında COVID 19 Pandemiyası ilə bağlı məlumatları və koronavirus infeksiyasından qorunma metodlarını özündə əks etdirən bukletlər paylanıb. Eyni zamanda əhalinin aztəminatlı təbəqəsindən olan 29 ailələyə humanitar yardımlar göstərilib. Humanitar yardım hər zamanki metodlardan fərqli olaraq ehtiyacı olan ailələrə poçt vasitəsi ilə maliyyə kuponlar şəkilində çatdırılıb.

Yardım alan ailələr bu şəkildə edilən yardımdan xüsusi ilə razılıq edib, belə ki maliyyə kuponları ilə onlar ailədə lazım olan ehtiyaclarını daha rahat qarşılıya bildiklərini söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm