“İşbaz” iş başında yaxalandı və ya qanunsuz iddiaya QANUNİ CAVAB
Bizi izləyin

Sosial

“İşbaz” iş başında yaxalandı və ya qanunsuz iddiaya QANUNİ CAVAB

Hazırda müstəqil Azərbaycan şərəfli günlərini yaşayır. Rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağında olan ərazilırimizi işğaldan azad edir, qəhrəmanlıq tarixi yazır. Təssüf ki, belə gərgin günlərdə bəzi “işbazlar” Vətən müharibəsi getdiyini “unudur”, hamının diqqətinin Azərbaycan əsgərinə, aparılan qızgın döyüşlərə yönəlməsindən sui-istifadə etdərək qanunsuz işlərlə məşğul olurlar. Dövlət qurumlarının qanuni tələblərindən yayınmaq məqsədilə isə çirkin əməllərə əl atır, qanunsuz hərəkətlərinə “don geydirmək” üçün sosial şəbəkələrdə böhtan xarakterli paylaşımlar edirlər.

Belə ki, 16 oktyabr 2020-ci il tarixində “İnstagram” sosial şəbəkəsində paylaşılan şəkildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşlarının rüşvət tələb etdiyi iddia olunur.

Nazirlikdən Publika.az-a daxil olan məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları 16 oktyabr 2020-ci il tarixində Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı altında olan torpaq sahəsinin istifadə vəziyyəti ilə bağlı Səbail rayonu, Bibiheybət qəsəbəsi, N.Quliyev 57 ünvanında yerləşən ictimai iaşə obyektinin (“Xəzər” restoranı) ərazisinə baxış keçiriliblər.

"Monitorinq zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 248.1 maddəsinin tələblərinin pozularaq, Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağında tikinti-quraşdırma və betonlama işlərinin aparıldığı, sahilə sərbəst gediş-gəlişin məhdudlaşdırıldığı müəyyən edilib.

Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən ictimai iaşə obyektinin icarəçisinin iştirakı ilə bu hüquq pozuntusu təsdiq edən akt tərtib olunub. Müəyyən olunmuş faktlar əsasında qanunverciliyə uyğun olaraq, müvafiq tədbirlər görüləcəkdir.

Sonda bu cür “işbazlara” bir daha xatırlatmaq istərdik ki, qanun alidir. Ona əməl etmək isə hamının borcudur. Xüsusilə hazırkı həsass dövrdə..."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm