• USD 1,7000 0,00% EUR 2,0021 +0,61%
    • GBP 2,2006 +0,15% RUB 0,0219 +0,46%

Dövlət qurumlarında işçilərin sayı 30 faizədək azaldıldı

  • Sosial
  • 19 Oktyabr 2020 05:45
Dövlət qurumlarında işçilərin sayı 30 faizədək azaldıldı

Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi bu gündən 30 faizədək azaldılıb, digər əməkdaşlar məsafədən iş rejiminə keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.

Qeyd edək ki, son günlər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunması səbəbindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, bu gündən ölkədə xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR