Sosial
“AQSİA beynəlxalq əməkdaşlıq üçün böyük imkanlar açır”
Nilufər Qarayeva Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) fəal üzvüdür. Gənc olmasına baxmayaraq bir çox çətinlikləri aşaraq böyük iaşə şirkətini yaradıb. Hazırda “LUNCHEF CATERİNG” şirkətinin təsisçisi, həm də direktorudur. Onunla söhbətimiz zamanı gördüyü işlər, gələcək planları, AQSİA-nın fəaliyyəti ilə bağlı müxtəlif məsələlərə aydınlıq gətirdik. Heç şübhəsiz Azərbaycan ordusunun cəbhədə qazandığı uğurlar, Qarabağ döyüşləri də diqqətimizdən yayınmadı.
DOSYE: Nilufər Qarayeva Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr və magistr dərəcələri üzrə bitirib. İxtisasca maliyyəçi olsa da, sahibkar olmaq arzusu onu rahat buraxmayıb. 4 ildən artıqdır iaşə-xidmət sahəsində fəaliyyət göstərir və bu sektorda seçilən şirkətlərdən olan – “LUNCHEF CATERİNG” in təsisçisi və direktorudur. Ailəlidir, iki övladı var.
– Nilufər xanım, ənənəvi sualdan deyil, günümüzün ən aktual mövzusundan başlayaq. Bu gün torpaqlarımız uğrunda Böyük Vətən müharibəsi gedir. Cəbhə bölgəsində baş verənlərə, xalqımızın döyüş ruhuna gənc bir sahibkar xanım olaraq münasibətinizi bilmək istərdik…
– Əslində bu sualı gözləyirdim. Çünki söhbət hər bir azərbaycanlını düşündürən ən vacib məsələdən gedir. Əlbəttə, müharibə arzulanan bir şey deyil. Amma söhbət işğal olunmuş ərazilərimizdən gedirsə, müharibə qaçınılmazdır. Biz müharibə edən deyil, sülh istəyən xalq olmuşuq. Lakin 30 ildir Ermənistan işğalçılıq siyasətindən əl çəkmir və bu gün “Dağlıq Qarabağ Ermənistandır” deyirsə, bu artıq sülh danışıqlarının pozulması deməkdir. Heç şübhəsiz buna dözə bilməzdik. Təəssüf ki, mənfur qonşularımız bizə başqa seçim buraxmır. Biz sadəcə öz doğma torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda mübarizə aparırıq. Əlbəttə, bir qadın, ana, bacı olaraq müharibə xəbərlərindən sarsılıram, kədərlənirəm. Amma eyni zamanda qürur hissi keçirirəm. Ağırdır ona görə ki, qardaşlarımız, əsgər və zabitlərimiz, mülki insanlarımız şəhid olurlar. Əslində onlar Vətən yolunda ən yüksək zirvəyə, şəhidlik zirvəsinə yüksəlirlər. Halbuki bu hər adama nəsib olmur. Həm də qürur hissi keçiririk ki, çoxlu sayda işğal olunan ərazilərimiz geri alınıb. Bu böyük uğurlara görə, Cənab Prezident İlham Əliyevə təşəkkür edirik. Məhz onun məntiqli və düşünülmüş qərarları nəticəsində Azərbaycan bu tarixi fürsəti zərurətə çevirdi. Əminəm ki, çox qısa müddətə sevinc göz yaşlarına boğulacağıq. Görünən odur ki, üstünlük bizim tərəfimizdədir və bu üstünlük bundan sonra da davam edəcək. Çox arzulayıram ki, Şuşa işğaldan azad olunsun və “LUNCHEF CATERİNG” şirkəti olaraq biz də əsgərlərimizə pulsuz yemək paylayaq.
– İstərdim oxucularımıza sahibkarlıq fəaliyyətinə gəlişinizlə bağlı məlumat verəsiniz…
– Sahibkar olmaq mənim uşaqlıq xəyalımdır. İlkin dövrlərdə bu adi maraq kimi görünsə də, sonradan bu həvəs onu müxtəlif araşdırmalara, sahəni daha dərindən analiz etməyə gətirib çıxarır. Nəticədə görürsən ki, bu artıq sənin həyat tərzindir və özünü ondan kənarda təsəvvür edə bilmirsən. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, həmyaşıdlarım arasında daim iddialı və inadkar olmağım, ardıcıl səylə çalışmağımla fərqlənmişəm. Bu arzu məni Azərbaycan Dövlət İqtisad Universitetinə gətirib çıxardı. Universitetin Maliyyə-kredit fakültəsini bitirdim və ailə həyatı qurdum. Universitetin Mühasibat uçotu və audit üzrə şöbəsinin magistraturasına daxil olduqdan sonra isə yeni şirkət təsis etmək qərarına gəldim. Əslində özüm də bilirdim ki, bu yol rahat və hamar olmayacaq. Çünki mən həm magistr təhsilimi davam etdirməli, həm də iki azyaşlı körpəmin qayğısına qalmalı idim. Açığı bu niyyətimi dilə gətirəndə buna inanan az idi. Hesab edirdilər ki, bu ötəri həvəsdir və mən ciddi uğur qazana bilmərəm. Lakin mən iddialıydım və öz qəti qərarımı vermişdim.
– Niyə məhz iaşə? Ketrinq sahəsi ilə bağlı təcrübəniz var idi?
– Xeyr, əslinə qalsa təcrübəm yox idi. Sadəcə bir dostumla bazar araşdırması apardıq və məlum oldu ki, bu sahədə ciddi boşluq var. O zaman 2500 AZN pul toplamışdım. İlkin kapital olaraq bu məbləği sərmayə qoydum. Kiçik mətbəx olaraq fəaliyyətə başladıq. Şirkət üçün yer icarələdik və oranı təmir etdirdik. Çox qısa bir müddət sonra həmin bina söküntüyə getdi. Təsəvvür edin ki, əlində olan bütün vəsaiti təmirə qoy və həmin məkan sökülsün. Açığını deyim ki, bu məndə böyük ruh düşkünlüyü yaradırdı. Çoxsaylı manelərlə qarşılaşırdıq və dəfələrlə öz iddiamdan əl çəkmək barədə düşünürdüm. Lakin son anda qərarımdan daşınır və yenidən səylə çalışırdım. Nəticədə çox böyük çətinliklər və əziyyətlər hesabına bu şirkəti qura bildik. “LUNCHEF CATERİNG” mənim üçüncü övladımdır və bu işə çox böyük enerji qoymuşam. 2016-cı ildə fiziki, 2017-ci ildən isə hüquqi şəxs olaraq fəaliyyətimizi davam etdiririk.
– Hazırda şirkətin fəaliyyəti nə yerdədir və nə qədər işçiniz var?
– Hazırda “LUNCHEF CATERİNG”in 3 mətbəxi və 30 işçisi var. Mətbəxlərdən biri şəhərin mərkəzində, biri Pirallahıda, digəri isə Qaradağda yerləşir. Hazırda 86 çeşiddə təamlar hazırlayırıq. Bu sıraya Avropa, Asiya mətbəxləri və xüsusən milli mətbəximiz daxildir. Müştərilərimiz arasında əcnəbilər, ofis işçiləri, fəhlələr və s. kontingent olduğuna görə, biz onların hər birinin maraqlarını nəzərə alırıq. Bu sahədə ixtisaslaşmış, təlimlərdə iştirak etmiş, Azərbaycan Qida İnsitutunun müvafiq sertifikatlarına yiyələnən, diplomları və konkret olaraq ketrinq sahəsində iş təcrübəsi olan aşpazları cəlb etmişik. Eyni zamanda böyük tədbirlər, furşetlər də tərəfimizdən icra olunur. Artıq böyük etibar qazanmışıq və bunun da kökündə keyfiyyətli qidalarla müştəriləri təhciz etməyimiz dayanır. Bizim müştərilərimiz arasında daimi işlədiyimiz, əməkdaşlıq etdiyimiz şirkətlər var. Çünki biz böyük tədbir və mərasimərin də təşkilatçılığını həyata keçiririk. Portofilomuzda 100-ə yaxın müəssisə yer alır. Bu sıraya BECOC (Bakı şəhər halqası), SOCAR-ın Qaradağda yerləşən qurudakı buruqları və Sənaye Təhlükəsizlik İdarəsi, Milli Onkologiya Mərkəzi, Müdafiə Nazirliyinin tərkibində olan Dəniz Hərbi Qüvvələri, “AZOREL”, “Ekvita”, “Nova”, “Lassa” , “Cinemaplus”, “Azplast”, “Medhouse”, “Shafak Group”, “Caspian Entertainment” şirkətləri və s. müəssisələr daxildir. Eyni zamanda çoxsaylı müəssisələrə xidmət göstəririk. Dietik, vegeterian menyuları təqdim edirik. Azərbaycanın Milli Kulinariya Mərkəzi ilə sıx əməkdaşlıq edirik və onlar hazırladıqları hesabatlarda bizim də fəaliyyətimizə diqqət çəkirlər.
– AQSİA-dakı fəaliyyətiniz də maraqlıdır. Quruma töhfəniz və qurumdan gözlətiləriniz nədir?
– Bilirsiniz ki, AQSİA ölkəmizdə yeganə iqtisadi qadın platformasıdır. Və ümid edirəm ki, bu platformada xanımlarla əməkdaşlıq çox maraqlı olacaq. Açığını deyim ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) yeni üzvüyəm. Amma müşahidəmə görə, AQSİA çox uğurlu platformadır və mənə elə gəlir ki, burada görəcəyimiz işlər çoxdur. Mənim və mənim kimi sahibkar xanımların AQSİA-ya töfhəsi olduğu kimi, təbii ki, onların da bizim fəaliyyətimizə dəstəyi var. Təcrübə mübadiləsi, qarşılıqlı əməkdaşlıq, birgə təlimlər, vahid qərarlar bizim qarşımızda böyük imkanlar açır. Bu platforma həmçinin, qadın sahibkarlara beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açır. Bilirsiniz ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə təsis olunub. Çox sevindirici haldır ki, biz öz fəaliyyətimizdə daim dövlətin dəstəyini öz üzərimizdə hiss edirik. AQSİA-nın da əsas məqsədi Cənab Prezident İlham Əliyevin rəhbərli ilə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatlara dəstək olmaq, yerli istehsalın gücləndirilməsində töfhə vermək, sahibkarlığın inkişafında qadın sahibkarların rolunu artırmaqdan ibarətdir.
-
Magazin216:10
Emrah dünya ulduzları ilə qonşu olacaq - Özünə lüks mənzil alır
-
Dünya13:30
4 nəfərin ölümünə səbəb olan helikopterin qəzadan əvvəlki son görüntüsü - VİDEO
-
İdman13:20
Taysondan qalmaqallı açıqlama: Bu, ona Milad hədiyyəsi idi
-
Hadisə12:30
“Çoban Xanış”ın oğlu vəfat etdi
-
Dünya12:10
Türkiyədə helikopter xəstəxana binasına ÇIRPILDI: 4 nəfər öldü - FOTO/VİDEO/YENİLƏNDİ
-
Magazin212:05
Seda Sayan əri ilə Dubaya köçür - Türkiyədəki villasını satışa çıxardı
-
MDB11:22
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı
-
Hadisə10:48
Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi