Erməni təxribatı nəticəsində evsiz qalan gəncəlilər yaşayış yerləri ilə təmin edilib
Bizi izləyin

Sosial

Erməni təxribatı nəticəsində evsiz qalan gəncəlilər yaşayış yerləri ilə təmin edilib

Oktyabırın 17-də erməni silahlı qüvvələrinin Gəncəyə atdığı raket nəticəsində evləri dağılan bütün mülki şəxslər yaşayış yerləri ilə təmin edilib.

Publika.az xəbər verir ki, həmin ailələrdən 30-u ADAU-nun tələbə yataqxanasında yerləşdirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyyənin Gəncədəki baş konsulu Zəki Öztürk və digər rəsmi şəxslər evsiz qalan sakinlərlə görüşüb. Əvvəlcə yataqxanada olan sakinlərin yaşayış imkanları ilə tanışlıq olub.

Burada bütün otaqlar yaşayış üçün lazımı invetarlarla təmin edilib. Onların hər biri üçün paltar dəstləri verilib. Ailələrə gündə isə 3 dəfə yemək verilir. İstirahət və idman üçün şərait yaradılıb.

Sakinlərin şəraiti ilə tanış olan qonaqlar yataqxanada qalan sakinlərlə şam yeməyi də ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm