Sosial
KİVDF qalib jurnalistləri mükafatlandırdı - FOTO

“Azərişıq” ASC və KİVDF tərəfindən jurnalistlər üçün təşkil olunan yazı müsabiqəsinin qalibləri müəyyənləşib.
Publika.az xəbər verir ki, sahəvi jurnalistikanın inkişafının stimullaşdırılması məqsədi ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən müsabiqə çərçivəsində jurnalistlər üçün öncə 5 günlük təlim təşkil edilib.
Təlimlərdə jurnalistlər energetika sahəsinin xüsusiyyətləri və “Azərişıq” ASC-nin 5 illik fəaliyyəti ilə tanış olub, onlara həyata keçirilən layihələr, mövcud yarımstansiyalar, tətbiq olunan innovativ yeniliklər, elektrik veriliş xətləri haqqında ətraflı məlumat verilib. Təlimlərin yekununda media nümayəndələri üçün Yarımstansiya muzeyi və Yeni Yaşma Külək Elektrik Parkına ekskursiyalar təşkil edilib. Sonra təlim iştirakçıları layihənin digər mərhələsinə - “Azərişıq” ASC-nin 5 illik fəaliyyəti – inkişafın işıq surəti” mövzusunda yazı müsabiqəsinə qatılıb.
Müsabiqə mərhələsində yazıların qiymətləndirilməsi təşkilatçılar tərəfindən cəlb edilmiş müstəqil ekspertlər tərəfindən həyata keçirilib. Elan olunan mövzuda 3 (üç) əsas mükafatçı müəyyən edilib və müfakatlandırılıb.
Mükafatlandırılanlar sırasında əməkdaşımız Aytən Novruz da var.

-
Rəsmi xronika15:21
Prezidentin Türkiyə səfəri başa çatdı
-
Nida Xəbər 14:49
Azərbaycan və Əlcəzair XİN başçılarının görüşü oldu - FOTO/YENİLƏNDİ
-
Sosial14:40
Səfər Mehdiyev olayı ilə bağlı RƏSMİ AÇIQLAMA
-
Nida Xəbər 13:20
Sülhməramlılar Azərbaycan hərbçiləri ilə erməni terrorçuları arasında canlı qalxan rolunu oynamayacaq - Kuznetsov
-
Hadisə12:58
Azyaşlıları pirlərə aparan qadın məsuliyyətə cəlb edildi
-
İdman12:01
Qurban Qurbanov: - Biz meydandan DÖYÜŞSÜZ çıxa bilmərik - VİDEO
-
Hadisə11:26
Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR - VİDEO
-
Dünya11:03
Ölümdən danışan yerdə öldü - VİDEO