Sosial
Cavid Qurbanov: “Kəlbəcər həsrətimiz də bitəcək”
“İşğal olunmuş torpaqlarımızın azadlığına ümidim heç zaman itməmişdi. Torpaq həsrətini illərdir ki, çəkirdik. Bu gün Azərbaycan Prezidentinin, Ali Baş Komandanımızın rəhbərliyi ilə sevincli günlərimizi yaşayırıq. Artıq Qarabağ işğaldan azad olunmaq üzrədir”.
Publika.az xəbər verir ki, bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, uzun illər Kəlbəcəri Milli Məclisdə təmsil etmiş Cavid Qurbanov söyləyib.
Onun sözlərinə görə, Azərbaycan ordusu şanlı tarix yazır: “Biz isə bunun şahidiyik. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün illərlə sülh danışıqlarına getdi. 30 ilə yaxındır ki, status-kvo dəyişməz idi. Ancaq Ermənistan sülh üçün addım atmadı. Biz bu səylərimizi davam etdirməyimizlə paralel olaraq həm də ordu quruculuğuna ciddi önəm verdik. Məhz bunun nəticəsidir ki, bütün əməliyyatlar qələbə ilə nəticələnir. Bu gün həm də şəhidlərimizin qisası alınır. Ermənilərin Xocalıda, mənim doğma kəndim olan Ağdabanda törətdikləri soyqrım cinayətlərinin cavabı verilir. 16 nəfər doğması şəhid olan bir vətəndaş kimi bu günü səbirsizliklə gözləyirdim. Tezliklə bizim Kəlbəcər həsrətimiz də bitəcək. Ali Baş Komandanımızdan Kəlbəcərin də müjdəsini alacağıq”.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO