Sosial
İşğaldan azad olunmuş torpaqların sakinləri Ali Baş Komandana təşəkkür etdilər

Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyində daim diqqətdə saxlanılaraq Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən karantin rejimi şəraitində müxtəlif bölgələrin vətəndaşlarının videoformatda qəbulu keçirilib.
Publika.az xəbər verir ki, Sumqayıt, Göyçay və Xaçmaz regional ədliyyə idarələrində videoqəbula qoşulan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar işğalçı Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Ali Baş Komandanın rəhbərliyi ilə Qələbəyə doğru inamla irəliləyən Ordumuza tam güvəndiklərini, böyük ruh yüksəkliyi ilə dövlət başçısının ətrafında sıx birləşdiklərini vurğulayıblar.
İşğaldan azad olunmuş rayonların qəbulda iştirak edən sakinləri öz dədə-baba yurdlarına qayıdacaqlarını səbirsizliklə gözlədiklərini bildirərək onlara yaşatdığı hədsiz sevinc və qürur hisslərinə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

-
Rəsmi xronika17 Avqust 23:39
İlham Əliyev: “Müslüm həmişə bizimlədir”
-
Avropa17 Avqust 21:09
Serbiya Kosovoda hərbi əməliyyat keçirəcək? - Vuçiç ELAN ETDİ
-
Elm və təhsil17 Avqust 19:37
Bağçalara işə qəbul üzrə test imtahanı BU TARİXDƏ keçiriləcək
-
Sosial17 Avqust 19:16
Sabah bu rayonlarda qaz olmayacaq
-
Region17 Avqust 19:07
“Novatek” Türkiyədən yardım umdu
-
Nida Xəbər 17 Avqust 18:40
153 avtobus gecikir - BNA - SİYAHI
-
Dünya17 Avqust 18:18
Antoniu Quterreş Ukraynaya gəldi
-
Nida Təhlil 17 Avqust 16:58
İrəvanın iddiaları Kremlin XOŞUNA GƏLMƏYİB: Politoloq