Sosial
Paytaxtda reydlər keçirilir - FOTO

Son günlər Covid-19-a yoluxanların sayında artım müşahidə olunur. Bunu nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə birgə reydlərin keçirilməsi davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, reydlər zamanı yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə vətəndaşlarla qoruyucu maskalardan istifadənin vacibliyi ilə bağlı söhbətlər aparılır, müvafiq izahatlar verilir, ilk növbədə ictimai nəqliyyatda, insanların sıx toplaşdığı məkanlarda, ictimai iaşə və digər obyektlərdə virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyəti yoxlanılır və insanlar arasında sosial məsafənin qorunması məqsədilə izahetmə işləri aparılır.
Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerində aradan qaldırılır, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur.
Paytaxtda koronavirus əleyhinə rejimin, sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcəkdir.

-
Sosial14:40
Səfər Mehdiyev olayı ilə bağlı RƏSMİ AÇIQLAMA
-
Nida Xəbər 13:20
Sülhməramlılar Azərbaycan hərbçiləri ilə erməni terrorçuları arasında canlı qalxan rolunu oynamayacaq - Kuznetsov
-
Hadisə12:58
Azyaşlıları pirlərə aparan qadın məsuliyyətə cəlb edildi
-
İdman12:01
Qurban Qurbanov: - Biz meydandan DÖYÜŞSÜZ çıxa bilmərik - VİDEO
-
Nida Xəbər 11:35
Azərbaycan və Əlcəzair XİN başçılarının geniştərkibli görüşü başladı - FOTO/YENİLƏNDİ
-
Hadisə11:26
Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR - VİDEO
-
Dünya11:03
Ölümdən danışan yerdə öldü - VİDEO
-
Nida Xəbər 10:32
Kamran Əliyev: "Vətən müharibəsi dövründə jurnalistlərimiz sübut etdilər ki..." - YENİLƏNDİ