Baş Polis İdarəsi vətəndaşlara MÜRACİƏT ETDİ
Bizi izləyin

Sosial

Baş Polis İdarəsi vətəndaşlara MÜRACİƏT ETDİ

Bu gün - noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsi paytaxt Bakı ilə yanaşı, respublikamızda böyük sevinclə qarşılanıb. Xalqımıza göstərdikləri birliyə və böyük ehtirama görə minnətdarlığımızı bildiririk.

Publika.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin müraciətində bildirilir.

"Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ölkəmizdə tətbiq edilən hərbi vəziyyət rejiminin və koronavirus infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq.

İnanırıq ki, bu müraciəti anlayışla qarşılayaraq hərbi vəziyyət rejiminə və komendant saatı qaydalarına əməl edəcəksiniz", - deyə müraciətdə qeyd edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm