Sosial
Nazirlik nümayəndələri əsgər ailəsi ilə görüşdü - FOTO
Binəqədidə yaşayan əsgər ailəsinin sosial durumu ilə bağlı facebookda paylaşılan məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşları həmin ünvanda olub.
Publika.az nazirliyə istinadən xəbər verir ki, əsgər Səda Kərimovun anası Raya Abbasova və qardaşı Təbriz Kərimovla görüş keçirilib.
Məlum olub ki, ailə üç nəfərdən (iki oğul və ana) ibarətdir, bir oğul S.Kərimov hərbi xidmətdədir, hazırda evdə digər qardaşla anası yaşayır.
Ana və oğul əmək qabiliyyətli olsalar da, işləmədikləri nəzərə alınmaqla, R. Abbasovaya daimi iş yeri, yaxud kiçik biznesini qurmaq üçün özünüməşğulluq proqramı, habelə aylıq 250 manat təqaüd ödənilən peşə hazırlığına cəlb olunmaq təklif edilib.
R.Abbasova səhhəti ilə əlaqədar olaraq işləmək istəmədiyini, lakin peşə hazırlığına cəlb edilmək barədə fikirləşəcəyini deyib.
Təbrizə isə Kondisioner Zavodunda aylıq əməkhaqqı 450 manat olan operator işi təklif edilib. Lakin Təbriz ona təklif olunan başqa bir işdə (avtomobil temiri sexində yağlama ustası) çalışacağını bildirib.
Ailəyə ərzaq yardımı təqdim edilib.
S.Kərimov da əsgərlikdən qayıtdıqdan sonra ixtisasına, əmək bacarığına uyğun işlə təminatına köməklik göstəriləcək.
Məlumat üçün qeyd edim ki, qanunvericiliyə əsasən Nazirlik yalnız şəhid ailələrini və müharibə əlillərini mənzil və ya fərdi evlə təmin edir.
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi










.jpg)


.png)














.jpg)
.jpg)





