DİN siqaret qadağasına aydınlıq gətirdi: açıq havada çəkmək olar?
Bizi izləyin

Sosial

DİN siqaret qadağasına aydınlıq gətirdi: açıq havada çəkmək olar?

Daxili İşlər Nazirliyi açıq havada maskanı çıxarıb siqaret çəkən şəxslərin cərimələnməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

DİN Mətbuat xidmətindən bildirilib ki, insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz:

“Amma parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək qadağan deyil. Vətəndaşlar yalnız məcburiyyət qarşısında qaldıqda bunlardan istifadə edə bilərlər. Su içdikdən, qida qəbul etdikdən sonra dərhal maska burun və ağzı bağlamaqla taxılmalıdır. Lakin insanlara tövsiyə olunur ki, siqareti daha çox siqaret çəkmək üçün müəyyənləşdirilmiş yerlərdə çəksinlər. (qafqazinfo)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm